Gəncədə azyaşlının üzərinə daş hasar aşdı

  • By Günel
  • 19 İyun 2025 20:15

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2013-cü il təvəllüdlü Muhamməd Hüzüryani ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, azyaşlının üzərinə daş hasar aşan zaman ayaq nahiyyəsindən xəsarət alıb.

Gununsesi.info