Məşhur hakimin prokurorluqda çalışan oğlu bu orqandan uzaqlaşdırılır - ÖZƏL

  • By Admin2
  • 19 İyun 2025 16:00

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Həmid Həmidovun prokurorluq orqanlarında çalışan oğlu Üzeyir Həmidov bu qurumdan kənarlaşdırılır.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, Üzeyir Həmidovla bağlı belə qərara səbəb isə onun attestasiyadan keçə bilməməsi olub.

Əvvəllər Abşeron, sonradan isə Siyəzən prokurorluğunda çalışan Üzeyir Həmidov, bu yaxınlarda Baş Prokurorluğun elan etdiyi attestasiya imtahanı versə də, uğurlu nəticə əldə edə bilməyib.

Ona görə də onun yaxın günlərdə prokurorluq orqanlarından kənarlaşdırılacağı gözlənilir.

 

Afət

Gununsesi.info