
CHP sədri Özgür Özəl dünən Vətən Partiyasının sədri Məhərrəm İncəni ziyarət edib və mətbuata açıqlamasında Özəl İncəni atasının yurdu kimi təsvir etdiyi CHP-yə qayıtmağa dəvət edib. Çərşənbə axşamı keçiriləcək CHP Qrup Toplantısında İncənin nişan taxaraq heyəti ilə birlikdə CHP-yə dönəcəyi gözlənilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl dünən Vətən Partiyasının lideri Məhərrəm İncəni ziyarət edib və bir saatlıq qapalı görüşdən sonra ortaq mətbuat konfransında danışan Özəl, “Hörmətli Məhərrəm İncəni və Vətən Partiyasındakı dostlarımızı ata evinə dəvət etməyimlə bağlı bir neçə cümlə də dedim. Bundan sonrakı addım da onların ixtiyarında olacaq” deyib.
CHP lideri Özgür Özəl Vətən Partiyasının lideri Məhərrəm İncəni ziyarət edib. Özəl, “Bütün siyasi partiya ziyarətləri ilə yanaşı, Vətən Partiyasının bizim üçün başqa bir mənası var. Türkiyə İttifaqı deyirik, ailə evi deyirik, ailə evinin tapusu Qazi Mustafa Kamal Atatürkə aiddir deyirik, hər kəsi ailə evinə dəvət edirik” deyib.
Qeyd edək ki, Çərşənbə axşamı TBMM-də keçiriləcək qrup toplantısında İncənin heyəti ilə birlikdə qiymətləndirmə aparacağı və partiya nişanını heyəti ilə birlikdə taxacağı gözlənilir.
Orxan