
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri (XİN) Abbas Əraqçi arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tərəflər davam edən İran – İsrail münaqişəsi barədə fikir mübadiləsi aparıblar.
İran XİN rəhbəri bildirib ki, İsrail hücumlarını dayandırmasa, ölkəsi danışıqlar masasına qayıtmayacaq.