İranın xarici işlər naziri Türkiyəyə gəlir

  • By Admin2
  • 19 İyun 2025 12:18

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası bu həftə sonu İstanbulda keçiriləcək. İclasda 40-dan çox xarici işlər nazirinin, o cümlədən İranın xarici işlər naziri Abbas Arakçinin iştirakı gözlənilir.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Xarici işlər naziri Hakan Fidan prezident vəzifəsini Kamerunlu həmkarından təhvil alacaq. Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın da çıxış edəcəyi gözlənilir.

İclasda İsrailin İrana qarşı hava hücumlarını müzakirə etmək üçün xüsusi sessiya keçiriləcək.

İsrailin Qəzzada davam edən hücumları ilə bağlı son vəziyyət müzakirə olunacaq.

Orxan

Gununsesi.info