“28 May” stansiyasında hadisə - Tələbə qatar yoluna düşdü

  • By Günel
  • 18 İyun 2025 09:43

Səhər saatlatında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Gununsesi.info xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

“O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib.(Modern.az)

Gununsesi.info