
ABŞ hökuməti İrana hərbi zərbə endirməyə hazırlaşır və bu zərbənin həftəsonu baş verəcəyi istisna edilmir.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp artıq hücum planını təsdiqləyib, lakin hələlik icra əmri verməyib.
O, Tehrana nüvə proqramından imtina etməsi üçün son bir şans vermək niyyətindədir.
“Biz tam, qəti qələbə istəyirik. Qələbə nə deməkdir, bilirsiniz? Heç bir nüvə silahı olmayacaq,” – deyə Tramp iyunun 18-də Ağ Evdə keçirilən tədbirdə bildirib.
CNN-in mənbələrinin verdiyi məlumata əsasən, ABŞ-ın İranla bağlı son qərarı yaxın zamanda verilə bilər.
Artıq İsraildəki ABŞ səfirliyindən diplomatlar və onların ailə üzvləri təxliyə olunub.
ABŞ səfiri Mayk Hakabi qeyd edib ki, Amerika vətəndaşlarının həm hava, həm də dəniz yolu ilə təxliyəsi üçün hazırlıqlar aparılır.