
ABŞ Senatında keçmiş prezident Co Baydenin prezidentliyi dövründə idrak qabiliyyətləri ilə bağlı dinləmələr başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Heritage Fondunun tədqiqatçısı Teodor Vald bildirib ki, Bayden administrasiyası prezidentin əfv, sərəncam və digər sənədlərini imzalamaq üçün avtoqələmdən istifadə edib.
Bu təcrübənin Baydenin vəzifəyə başladığı ilk həftədən tətbiq olunduğu vurğulanıb.
Dinləmələrə həmsədrlik edən senator Con Kornin qeyd edib ki, məqsəd Baydenin prezidentliyi dövründə Ağ Evdə baş verənləri araşdırmaqdır. Respublikaçılar bu dövrdə konstitusiya qaydalarının pozulduğunu və ABŞ-ın təhlükəyə atıldığını bildirirlər.
İyunun 5-də Ağ Ev açıqlayıb ki, Donald Tramp Baydenin avtomatik imzasından istifadə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
İddialara görə, Baydenin sağlamlığından sui-istifadə edilərək mühüm sənədlər mexaniki cihazla imzalanıb.
Şəbnəm