Durov Trampı tənqid edib - "Addımlarını bəyənmirəm..."

“Telegram” messencerinin yaradıcısı, milyarder Pavel Durov ABŞ prezidenti Donald Trampın siyasətini tənqid edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə sahibkar Fransanın “Le Point” qəzetinə müsahibəsində bildirib.

Trampın qlobal problemlərin həllinə töhfə verib-verməməsi ilə bağlı suala cavab olaraq Pavel Durov bildirib:


“Onun bütün addımlarını bəyənmirəm, lakin hesab edirəm ki, Donald Trampın sosial şəbəkələrdə fəaliyyətinin qadağan edilməsi səhv və hətta çox təhlükəli idi. Bu, müəyyən presedent yaratdı.”

Durovun fikrincə, əgər ictimaiyyət ABŞ prezidentinə belə bir yanaşmaya göz yumursa, bu, gələcəkdə istənilən şəxsin senzura ilə üzləşə biləcəyi riskini artırır.

O, daha əvvəl də qeyd etmişdi ki, Fransa Prezidenti Emmanuel Makronun apardığı siyasət ölkənin zəifləməsinə səbəb olur. Durovun sözlərinə görə, Fransa ideyalar, biznes və siyasətçilər arasında sağlam rəqabəti təşviq etmir və bu da “beyin axını”na yol açır. O, həmçinin Makronun Telegram platformasında paylaşdığı son mesaja əhəmiyyət vermədiyini bildirib.

Şəbnəm

Gununsesi.info