
İtkin düşən Lerik rayon sakininin meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, Lerik şəhər sakini, 1990-ci il təvəllüdlü Şahin Musa oğlu Şərifovun cəsədi rayonun Zuvand istiqamətində aşkarlanıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, o, 4 gün əvvəl itkin düşmüşdü.