Biləsuvarda ağır qəzası - 5 nəfər xəsarət aldı

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. “Ford” markalı yük avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info