
Rusiyanın Ukraynaya hücumu nəticəsində 3 nəfər ölüb. Ukraynanın hücumu nəticəsində Rusiyanın nəzarətində olan Zaporojya və Xerson bölgələrində çoxlu sayda insanın elektrik enerjisi kəsildiyi bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən gün İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan sonra Rusiyanın Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə hücum etdiyi bildirilib. Ukrayna hakimiyyəti Rusiyanın hücumları nəticəsində azı 3 nəfərin öldüyünü, 20-yə yaxın adamın yaralandığını açıqlayıb.
Kyiv Independent xəbər saytının məlumatına görə, Sumiyə edilən hücumlarda yaralananlar arasında 17 yaşlı uşaq da var.
Ukrayna prezidenti Vladimir Zelenskyy sosial media platforması X hesabında verdiyi açıqlamada Rusiyanın Sumiyə hücumunda şəhəri və küçələrini birbaşa raketlərlə hədəfə aldığını bildirib və bunun “tamamilə mülki şəxslərə qarşı məqsədyönlü hücum” olduğunu bildirib.
Hücum zamanı iki avtomobilin alovlandığı, vurulan avtomobillərin isə tamamilə yararsız hala düşdüyü bildirilib . Xəbərə görə, hücumda bir sağlamlıq müəssisəsi və yaşayış evləri də zərər görüb.
Orxan