
ABŞ prezidenti Tramp deyib ki, İrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verilməyəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ- ın İrana təqdim etdiyi nüvə sazişinin məzmunu ilə bağlı yayılan iddialardan sonra Truth Social hesabında açıqlama verib .
Tramp postunda İranın uranın zənginləşdirilməsi proqramının əvvəlki administrasiya tərəfindən dayandırılmalı olduğunu bildirərək, “Mümkün razılaşmamız çərçivəsində uranın zənginləşdirilməsinə icazə verməyəcəyik” deyib.
Qeyd edək ki, ABŞ və İran aprel ayından bəri nüvə mübahisəsinin həlli üçün beş raund danışıqlar aparıb.
Danışıqlar əvvəlcə qarşılıqlı etimadın yaradılmasına, sonra isə İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair çərçivənin yaradılmasına yönəlmiş proseslər kimi qiymətləndirilir.
ABŞ İrandan atom bombalarının istehsalı üçün istifadə edildiyinə inandığı yüksək zənginləşdirilmiş uranın istehsalını dayandırmasını istəyir. Həmişə nüvə proqramının dinc xarakter daşıdığını müdafiə edən İran sanksiyaların ləğvi müqabilində nüvə proqramını “ixtisar etməyə” hazır olduğunu bildirib və ABŞ-dan geri çəkilməyəcəyinə dair zəmanət istəyir.
Orxan