
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı qadının körpəsi ölü doğulub.
Gununsesi.info report-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Qorxmaz qızı Bayramova ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər qadına səhhətinin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıblar.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu, qadının 5-ci hamiləliyi olub.