Marketə girən fili mağazadan raqatka ilə qovdular - FOTOLAR

  • By Günel
  • 03 İyun 2025 13:44

Taylandda milli parkın yaxınlığındakı marketə girən fil rəflərdəki qəlyanaltıları yedikdən sonra mağaza sahibi tərəfindən təqib edilib.

Gununsesi.info xarici KiV -ə istinadən xəbər verir ki,  “Plai Biang Lek” adlı fil Taylandın şimal-şərqindəki Nakhon Ratchasima əyalətindəki Khao Yai Milli Parkı yaxınlığında yemək axtararkən marketə girib.

Təhlükəsizlik kamerası görüntülərində nəhəng filin mağazanın içərisinə çətinliklə sığdığı, təxminən 10 dəqiqə rəflərdəki qəlyanaltıları yediyi görünür. Market sahibi nəhəng fili raqatka ilə qovub. Fil bir müddət qonşu evin bağçasında gəzib, sonra ərazini tərk edib.

Mağaza sahibi Ploy fillərin ara-sıra ərazidən keçdiyini, lakin ilk dəfə fillərdən içəri yemək üçün girdiyini bildirib. Mağazaya 1000 Baht (təxminən 52 AZN) dəyərində maddi ziyan dəydiyini bildirən Ploy filin xüsusilə düyü kraker və toyuq yumurtası yediyini bildirib.

Marketine girip atıştırmalıkları yiyen fili sapanla kovaladı - 4

Vəhşi fil populyasiyasının 3000-3500 arasında olduğu təxmin edilən Taylandda fillər sürülər halında gəzir və ara-sıra qida axtarmaq üçün yaşayış məntəqələrindəki tarlalara və bağlara girirlər. Lakin filin gündüzlər yaşayış massivində təkbaşına marketə girməsi bölgədə nadir hal kimi qeydə alınıb.

 

Günel Həsənova

Gununsesi.info