Polis əməliyyat keçirdi — 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info -ya verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddəlod metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.