Skuter qəzasında xəsarət alan uşaq evə buraxıldı - FOTO

  • By Günel
  • 17 İyun 2025 22:28

Skuter qəzasında xəsarət alan azyaşlıya ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

“17 iyun 2025-ci il tarixdə 2013-cü il təvəllüdlü şəxs bədənin müxtəlif yüngül xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”, məlumatda deyilib.

19:40

Bakının “Dərnəgü”l metrosunun qarşısında 13 yaşlı oğlan skuter sürərkən 93 nömrəli marşrut avtobusuna çırpılıb.

Gununsesi.info xəbər verir ki, qəzanın baş verməsinə uşağın hərəkətdə olan avtobusun qarşısına çıxması səbəb olub. Sürücü əyləci basa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Hadisə nəticəsində skuterdə olan iki nəfərdən biri baş və qol nahiyəsindən xəsarət alıb, digəri isə qəzadan salamat çıxıb.

Qəza yerinə dərhal təcili tibbi yardım çağırılıb.

 

 

Gununsesi.info