İsraillilərə çağırış etdi: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"

  • By Günel
  • 17 İyun 2025 23:24

İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi Hayfa və Təl-Əviv sakinlərinə bu şəhərləri tərk etmələri üçün çağırış edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

“Xüsusən də Təl-Əviv və Hayfa sakinlərinə canlarını xilas etmək üçün bölgəni tərk etmələri barədə xəbərdarlıq edilir”, – Musəvi bildirib.

Qeyd edilib ki, Hayfa və Təl-Əviv İranın raket hücumları və dron hücumları üçün ən çox hədəflərdir.

Gununsesi.info