İrandan İsrailə ballistik raketlər buraxıldı

  • By Günel
  • 17 İyun 2025 23:20

İrandan İsrailə yeni ballistik raket dalğası qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.

İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır.

Artıq ölkənin şimalında, o cümlədən Hayfa və Qalileya şəhərlərində həyəcan siqnalları işə düşüb.

Bu ərazilərdə olan mülki şəxslərə növbəti bildirişə qədər bomba sığınacaqlarını tərk etməmək barədə xəbərdarlıq edilib.

Gununsesi.info