Şəmkirdə iki mərtəbəli ev yandı - YENİLƏNDİ

  • By Günel
  • 10 İyul 2025 22:12

Şəmkirdə ikimərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın məhdudlaşdırılıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

Şəmkir rayonunda iki mərtəbəli evdə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, binada anidən yanğın başlayıb.

Sakinlər ərazidən təxliyə olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.

Gununsesi.info