Kiyevdə polkovniki güllələdilər - VİDEO

  • By Günel
  • 10 İyul 2025 22:07

Ukrayna Silahlı Qvvələrinin polkovniki Kiyevdə öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.

Qırx yaşlı İvan Voroniç səsboğucusu olan tapança ilə vurulub.

Küçədə ona yaxınlaşan naməlum şəxs 5 dəfə atəş açıb.

Aldığı xəsarətlər nəticəsində Voroniç yerindəcə keçinib.

Hücum edən şəxs hadisə yerindən qaçıb.

İ.Voroniç USQ xüsusi əməliyyat mərkəzinin 16-cı şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı.

Gununsesi.info