Makronla Starmer nüvə ittifaqı yaradırlar - FOTO

  • By Günel
  • 10 İyul 2025 23:25

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer nüvə ittifaqı yaratmağa qərar veriblər.

Gununsesi.info xəbər verir ki, E.Makron və K.Starmer bunu Fransa prezidentinin Böyük Britaniyaya rəsmi səfəri zamanı bəyan ediblər.

Onlar bildiriblər ki, “istənilən düşmən Fransa və Britaniya onların həyati maraqlarına olan təhlükəyə nüvə silahlarının gücü ilə cavab vermək iqtidarında olduğunu anlamalıdır. Bundan əlavə, liderlər uzaqmənzilli “Storm Shadow” raket ehtiyatlarını artırmaq və onları əvəzləmək üçün birgə yeni mərmilər hazırlamaq qərarına gəliblər.

Gununsesi.info