Makron və Starmer birgə qərara gəldilər

  • By Günel
  • 10 İyul 2025 20:12

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı planların artıq tam formalaşdığını və icra üçün hazır olduğunu bildiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Starmer Avropanın sülhməramlı missiya planlarının aylarla davam edən hazırlıqdan sonra “yetişmiş” vəziyyətdə olduğunu bəyan edib. Makron isə bu qüvvələrin Ukraynada atəşkəs razılaşdırılan kimi getməyə hazır olduqlarını qeyd edib.

Hər iki lider, eyni zamanda, müttəfiqləri Rusiyaya koordinasiyalı təzyiqləri artırmağa və onu danışıqlara məcbur etməyə çağırıblar.

Gununsesi.info