
Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın hazırkı müdafiə naziri Rüstem Umerovun Ukraynanın ABŞ-dakı yeni səfiri olacağını istisna etməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri Romada mətbuat konfransında deyib.
“Birləşmiş Ştatlarda səfir dəyişəcək. Açığını deyim, əgər mən qərar versəm və bu yaxın gələcəkdə baş verəcək. Ölkəmizi ABŞ-da təmsil etmək, yəni bizim əsas səfirimiz müdafiə naziri Rüstəm Umerov olacaq. Bu, şübhəsiz ki, Ukrayna hökumətində ciddi dəyişikliklərə təsir edəcək”, – o bildirib.
Qeyd edək ki, Ukrayna hökuməti 20 ölkədə, o cümlədən ABŞ-da səfirini dəyişməyə qərar verib.
Xatırladaq ki, Zelenski ordunun baş komandanı Valeri Zalujnını Britaniyaya səfir göndərmişdi.