Laçında insan skeletinin qalıqları tapıldı - FOTO

  • By Günel
  • 10 İyul 2025 20:29

Laçında insan skeletinin qalıqları tapılıb.

Gununsesi.info xəbər verir ki, qalıqlar rayonun Hoçaz kəndində aşkarlanıb.

Kənd sakini köhnədən qalma evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb. Sümük qalıqları tapıldıqdan sonra ərazidə qazıntı işi görən sakin qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı araşdırma başlanıb.