Ən çox şikayət olunan sığorta şirkətlərinin adları

  • By Günel
  • 10 İyul 2025 19:15

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə son bir ildə ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC olub. Bu şirkətin şikayət indeksi 1.27 olaraq qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Mərkəzi Bankdan məlumat verilib.

Siyahının ikinci pilləsində 1.18 şikayət indeksi ilə “Paşa Sığorta”, üçüncü yerdə isə 1.03 göstərici ilə “AtaSığorta” ASC qərarlaşıb.

Dövr ərzində ən az şikayət edilən sığorta şirkəti isə 0,42 indekslə Azərbaycan-Sənaye Sığorta ASC olub.

Gununsesi.info