
Rusiya-Ukrayna müharibəsindən sonra mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilərin sayı kəskin artıb. 2025-ci ildə donanmanın 13% genişlənməsi, daha 97 yeni gəminin əlavə edilməsi gözlənilir.
Gununsesi.info Beynəlxalq Qaz Assosiasiyasının “2025 Dünya LNG Hesabatı”na istinadən xəbər verir ki, 2024-cü ildə 174-200 min kubmetr tutuma malik 64 gəmi tamamlanıb.
Qlobal LNG daşıyan gəmilərin sayı keçən il əvvəlki ilə nisbətən 7,5% artaraq 742 gəmiyə çatıb. Donanmaya 48 LNG saxlama və qazlaşdırma gəmisi (FSRU) və 10 anbar qurğusu (FPU) daxildir.
2024-cü ilin sonuna qədər 337 LNG daşıyan gəmi sifariş edilib. Bu çərçivədə tikilməkdə olan LNG gəmilərindən 97-nin bu il, 101-nin gələn il, 62-nin 2027-ci ildə, 58-nin 2028-ci ildə, 13-nün 2029-cu ildə, 3-nün 2030-cu ildə, qalan 3-nün isə 2031-ci ildə təhvil verilməsi hədəflənir. Yeni tikilmiş gəmilər əvvəlkilərlə müqayisədə LNG daşıma qabiliyyəti baxımından daha böyükdür, daha çox yanacaq sərfiyyatına və daha yaxşı emissiya göstəricilərinə malikdir.
LNG istehsal edən gəmiqayırma zavodları arasında Cənubi Koreyanın “HD Hyundai Heavy Industries Shipbuilding”, “Samsung Heavy Industries” və “Hanwha Ocean” şirkətləri ilk üç yeri tutub.