Peşəkar xidmətdən xeyriyyəçiliyə gedən yol - YAXUD, SOS-a BÖHTAN ATANLARA SÖZARDI

  • By admin
  • 04 İyun 2025 09:50

Oxucularımız ölkənin özəl mühafizə xidmətləri arasında xüsusilə seçilən “Security Operation Services” (SOS) MMC  haqqında yəqin ki, çox məlumatlıdır.  

Bu şirkəti tanıdan, xüsusi ictmai əhəmiyyətə malik edən amillərdən biri də onun ölkədəki sosial layihələrə öz tövhəsini verməsidir. 

Ancaq buna baxmayaraq, zaman-zaman reket media quruluşlarında SOS  haqqında şər-böhtana da rast gəlmək mümkündür.

Bugünlərdə cəmiyyətdə tanınmayan online media quruluşlarından biri bu şirkət haqqında anoloji material dərc edib.

İşində yol verdiyi nöqsanlara görə şirkətdən qovulan şəxslər qisasçılıq məqsədiylə mediaya üz tutur. Ancaq peşəkarlıqdan uzaq olan bu saytlar araşdırma aparmadan itiham xarakterli məlumatları tirajlayır.

 

Gununsesi.info-nun əməkdaşı SOS-un fəaliyyəti haqqında kiçik bir araşdırma aparıb.

Məlum olub ki, SOCAR-ın mədənləri ətrafındakı ərazilərin mühafizəsini həyata keçirən SOS-un peşəkar və güzəştsiz xidməti nəticəsində neft ərazilərində qanunsuz tikintilər demək olar ki, tam dayandırılıb.

Bir neçə il əvvəl neft ərazilərində başlanan böyük tikinti bumu artıq indi yoxdur.

SOS MMC-nin fəaliyyətinə nəzər salanda onun ölkədəki sosial layihələrdə də xüsusi yeri görünür.

Belə ki, 44 Günlük Vətən Müharibəsindən sonra şəhid ailələri başda olmaqla, bütün qazilərin sosial durumunun yaxşılaşdırılması üçün saysız-hesabsız kampaniyalar həyata keçirən SOS bugünə qədər yüzlərlə şəhid ailələri  və qazilər üçün yardımlar paylayıb.

Adıçəkilən şirkət, həmçinin yüzlərlə  Vətən Müharibəsi veteranını da öz sıralarında xidmətə cəlb edib.

Bütün bunlar SOS-un fəaliyyətinin kiçik məqamlarıdır.

Ona görə də bunu xatırlatmaqla, qərəzli insanların vicdanı ilə baş-başa qalmasını tövsiyə edirik.

 

Elmar Elnuroğlu

Gununsesi.info