
“Rəsul Rzanın ev-muzeyinin açılışı mayın 31-nə nəzərdə tutulur”.
Gununsesi.info xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Rəsul Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
“Biz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və mədəniyyət naziri Anar Ələkbərovu ev-muzeyinə dəvət etdik. Onlar təmirdən sonra muzey ilə tanış oldular”,- deyə A.Rzayev söyləyib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il iyunun 23-də Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.