
“Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı sürətlə inkişaf edir. Hazırda, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, onların 10-u Avropa ölkələridir və 8-i Avropa İttifaqı üzvüdür”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.
“Avropa Komissiyası, Azərbaycanın Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş olaraq tanıyır. Bu əməkdaşlıq Azərbaycanı, dünya miqyasında boru xətti ilə qaz nəqlinin coğrafi əhatəsinə görə qabaqçıl mövqeyə gətirir.
Bundan əlavə, Azərbaycan yaşıl enerji sahəsində böyük addımlar atır. 2025-ci ilə qədər, ölkə 6.000 MW gücündə yaşıl enerji istehsal etməyi planlaşdırır.
Bu enerji istehsalı həm Azərbaycanın enerji şaxələndirilməsinə, həm də Avropa ölkələrinə təbii qaz ixracına böyük töhfə verəcək.
Yaşıl enerji layihələri, Azərbaycanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq “.
Şəbnəm Rəhimova