
İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə İrəvana dünənki səfəri çərçivəsində erməni həmkarı ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu görüşdə Nəsirzadə İran-Ermənistan münasibətlərinin strateji əhəmiyyətinə diqqət çəkərək deyib: “İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yeri var və Tehranla İrəvan arasında münasibətlər möhkəm tarixi və mədəni əsaslara söykənir. Qafqazda davamlı sülh regional inkişaf üçün geniş imkanlar yaradacaq”.
Xarici qüvvələrin təzyiqindən asılı olmayaraq İranın Ermənistanla münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə davam edəcəyini vurğulayan briqada generalı Nəsirzadə deyib ki, regional təhlükəsizliyi region ölkələri təmin etməlidir və xarici müdaxilələr qeyri-sabitliyi daha da artıracaq.
Görüşün sonunda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.