Lavrov İrəvanda Paşinyanla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in “Telegram” kanalı məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan Sergey Lavrovu qəbul edib”, – məlumatda bildirilib.

Məlumat Lavrov və Paşinyanın əl sıxmasını əks etdirən fotoşəkillə müşayiət olunur.