Tramp: “ABŞ yox, Rusiya və Ukrayna həll yolu tapmalıdır”

Donald Tramp bildirib ki, Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün çıxış yolunu özləri tapmalıdır.

Gununsesi.info New York Times-a istinadən xəbər verir ki,  Tramp bu mövqeyini 19 mayda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Avropa liderlərinə çatdırıb.

Tramp həmçinin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara ABŞ-ın qoşulmayacağını bildirib və bu istiqamətdə əvvəlki təhdidlərindən geri çəkilib.

Мы сделаем все, чтобы эта встреча состоялась». Что известно о переговорах  Украины и России в Турции - BBC News Русская служба

Avropalı rəsmilər Trampın bu addımını NATO daxilində birliyin zəifləməsi və Rusiyaya təzyiqlərin azalması kimi qiymətləndiriblər. Onlar qeyd ediblər ki, ABŞ-ın yaxın zamanda Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyi gözlənilmir.

Qeyd edək ki, Tramp əvvəllər Rusiya-Ukrayna müharibəsini “24 saata bitirəcəyini” və yalnız onun bu problemi həll edə biləcəyini iddia edirdi.

 

Şəbnəm

Gununsesi.info