Hava limanında dəhşətli hücum

İspaniyanın Son Sant Joan hava limanında 20 yaşlarında gənc oğlan bıçaqla hücuma məruz qalıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dostunu gözləyən zaman boynundan bıçaqlanan gənc dərhal xəstəxanaya aparılıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb.  

Bıçaqlanan gəncin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməsə də, bəzi mənbələr onun ölüm təhlükəsindən xilas olduğunu iddia edib. Məlumata görə, hücum edən və yaralanan şəxs bir-birini tanımır.

Yerli əhali Mayorkada artan cinayət nisbətindən narahatdır.

Orxan

Gununsesi.info