
Amerikanın “Newsweek” jurnalının yüksək səviyyəli xarici siyasət yazarı jurnalın son sayında prezident Rəcəb Tayyib Ərdoğan haqqında yazıb. Məqalədə Ərdoğanın etibarlı qlobal lider olduğu vurğulanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Prezident Ərdoğan dünyanın ən güclü adamlarından biridir və Trampın müttəfiqinə çevrilib”.
Bu başlıq Amerikanın Newsweek jurnalının xarici siyasət və milli təhlükəsizlik üzrə yüksək vəzifəli yazıçısı Tom O’Konnorun jurnalın son sayı üçün yazdığı məqaləyə aiddir.
Məqalədə Amerika prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra müttəfiqlər axtardığı vurğulanıb .
Prezident Rəcəb Tayyib Ərdoğanın bu mənada regionun ən güclü lideri olduğu bildirilib.
Ərdoğanın terror təşkilatı PKK-nın aradan qaldırılmasında mühüm rolu və Trampın Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməsi müzakirə edilib.
Məqalədə başqa məqamlardan da söz açılıb.
Vurğulanıb ki, prezident Trampı da Suriya prezidenti Əhməd Şərara ilə görüşməyə razı salıb.
İstanbulun Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi etməsi nümunə kimi göstərilib.
Ərdoğanın 2022-ci ildə tərəfləri bir araya gətirdiyi və Qara Dəniz Taxıl Sazişində vasitəçilik etdiyi də xatırladılıb.
Orxan