Yunanıstan: Mitsotakis hökuməti soyqırımı dəstəkləməkdə ittiham olunur

Yunanıstanın Sol Partiyası baş nazir Mitsotakisin ifrat sağçı nazirlərini “soyqırım tərəfdarları” kimi xarakterizə edərək, “Tarix onları əsrimizin ən böyük vəhşiliyinin ortağı kimi qeyd edəcək” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın solçu müxalifət partiyaları Qəzza zolağında baş verən fəlakət fonunda Aİ-nin İsraillə ticarət əlaqələrinə yenidən baxılması qərarına qarşı çıxdığı üçün hökuməti tənqid edib.

Ana müxalifət partiyası PASOK-un lideri Nikos Androulakis, Afina və Rum Administrasiyasının da olduğu 9 üzv ölkənin AB qərarına qarşı çıxmasını pisləyən X-də verdiyi açıqlamada deyib: “Hökumət bu münasibəti ilə ölkəmizi beynəlxalq arenada ifşa edir. Yunan xalqı qarşısında borcumuz hər zaman beynəlxalq hüquqa və insan haqlarına hörmət etməkdir”.

Androulakis əlavə edib: “Hökumət Qəzzədəki iyrənc hadisələri pisləməli və dərhal atəşkəsə nail olmaq və BMT qətnamələrinə uyğun olaraq bölgədə iki dövlətli həlli təşviq etmək üçün istənilən təşəbbüsü fəal şəkildə dəstəkləməlidir”.

Orxan

Gununsesi.info