
ABŞ prezidenti Tramp havadakı güllələri belə vura bilən “Qızıl Qübbə” adlı strateji hava hücumundan müdafiə sistemi quracaqlarını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında “Qızıl Qübbə” adlı yeni raketdən müdafiə sistemi quracaqlarını açıqlayıb.
Layihə çərçivəsində ABŞ ərazisinə qarşı hər cür raket təhdidinə qarşı çox qatlı, inteqrasiya olunmuş və kosmosdan dəstəklənən müdafiə arxitekturası qurulacaq.
Tramp bəyan edib ki, bu sistem ABŞ üçün təkcə müdafiə deyil, həm də texnologiya, sənaye, iqtisadiyyat və xarici siyasət baxımından tarixi addımdır.
Tramp Qızıl Qübbənin qurudan, dənizdən və kosmosdan atılacaq təhlükələrə qarşı qabaqlayıcı xüsusiyyətlərə malik olacağını bildirib.
Sistem radarlar və süni intellekt dəstəkli izləmə texnologiyası ilə real vaxt rejimində müdaxilə edəcək. O, atmosferdə və ya ondan kənarda düşmən raketlərini məhv edəcək. “Təsəvvür edin ki, havadan güllə atırsınız. Bu texnologiya əvvəllər edilən hər şeydən çox uzaqdır”, – deyən Tramp sistemin Amerika torpaqlarına hücum riskini xeyli azaldacağını iddia edib.
Layihənin ilham mənbəyinin 1980-ci illərdə prezident Ronald Reyqan tərəfindən irəli sürülən, lakin texnoloji məhdudiyyətlər səbəbindən həyata keçirilə bilməyən “Strateji Müdafiə Təşəbbüsü” olduğu bildirilib. “Bu texnologiya o dövrdə yox idi. İndi bunu reallaşdıracaq gücümüz var” deyən Tramp, bu vizyonun 40 ildən sonra nəhayət tamamlandığını da əlavə etdi.
Orxan