
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin – Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran KİV-nin məlumatında bildirilib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan tərəfi bu hadisəni səfirliyə edilən terror kimi qiymətləndirib.
Hadisədən dərhal sonra Tehranın Cinayət İşləri üzrə Baş Prokurorluğunun rəhbəri olay yerinə gəlib və ilkin araşdırmalar nəticəsində Yasin Hüseynzadənin şəxsi motivlərlə Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdiyini açıqlayıb.
İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, 2023-cü ilin aprel ayında həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və bir daha evə qayıtmayıb.