“Sülh təşəbbüsünün müəllifi Azərbaycandır” -İlham Əliyev

“İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb və ilkin sülh müqaviləsinin mətninin müəllifi də məhz Azərbaycandır.”

Gununsesi.info xəbər verir ki bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.

“Sülh mətnində təklif etdiyimiz əsas məsələlər bu gün Ermənistan tərəfindən müəyyən dəyişikliklərlə də olsa qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt mövcuddur.

Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır.
İkincisi, Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir.”

Prezident əlavə edib ki, Ermənistan hələlik bu şərtləri qəbul etməsə də, hadisələrin gedişatı onların bu təkliflə razılaşmağa məcbur olacağını göstərir:

“Çünki bu təklifdə qeyri-adi və ya qəbuledilməz heç nə yoxdur.”

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info