Pakistanda hərbi məktəb avtobusu vurulub: 4 uşaq ölüb, 30 nəfər yaralanıb

Pakistanın cənub-qərbində hərbi məktəbdə təhsil alan uşaqları daşıyan avtobus vurulub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avtobusun hədəfə alınması nəticəsində azı 4 uşağın öldüyü, 30-dan çoxunun yaralandığı bildirilib.

Bəlucistan əyalətinin Xuzdar rayonunda yüksək rütbəli yerli hökumət rəsmisi hadisə ilə bağlı AFP agentliyinə məlumat verib.

“APS (Ordu Dövlət Məktəbi) uşaqlarını daşıyan avtobus bomba ilə hədəfə alınıb, onun təbiəti hələ də müəyyən edilir”, – deyə rəsmi açıqlamasında bildirib.

Orxan

Gununsesi.info