Sumqayıtdakı qəzada xəsarət alanların son durumu açıqlandı

Sumqayıtda baş verən qəzada xəsarət almış iki nəfərin vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20 may saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır”, məlumatda deyilib.

Qeyd edək ki, hadisə Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə baş verib. “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

İlkin məlumatlara görə, qəza nəticəsində avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib.

Gununsesi.info