
Bəzən bir kağız parçası qalın-qalın tarix kitablarından daha çox danışar. Elə bu şəkildəki 1 manatlıq əsginas kimi…
Gununsesi.info xəbər verir ki, bu əsginas şəklini Bakuplus.az-a izləyicilərdən biri göndərib.
Sözügedən Azərbaycan manatı 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nağıyev Nicata məxsus olub.
Pulun üzərində “Şəhid olsam, unutma, Azərbaycan. 30.09.2020” qeydi yazılıb.
Araşdırma zamanı məlum oldu ki, 2020-ci ildə iki əsgərimiz – Nağıyev Nicat İbrahim oğlu və Nağıyev Nicat Azad oğlu vətən uğrunda şəhid olub. Bu əsginasın onlardan hansına aid olduğu isə dəqiq bilinmir.
İzləyicinin sözlərinə görə, istədikləri təqdirdə, əsginası şəhidin yaxınlarına çatdırmaq mümkündür.
Nağıyev Nicat Azad oğlu
Nağıyev Nicat İbrahim oğlu