İnflyasiyanın ən yüksək olduğu ölkələr - SİYAHI

Hazırda dünyada ən yüksək inflyasiya səviyyəsi Venesuelada müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bu ölkədə illik inflyasiya 254,35 faizə çatıb.

Siyahının ikinci pilləsində 75,57 faizlə Sudan, üçüncü yerdə isə 45 faizlə İran qərarlaşıb.

İnflyasiyanın yüksək olduğu digər ölkələr bunlardır: Burundi (36,34%), Myanma (33%), Türkiyə (31,04%), Yəmən (31%), Nigeriya (30,03%), Haiti (29,67%) və Zimbabve (26,13%).

İqtisadçılar bu göstəricilərin əsas səbəbi kimi qeyri-sabit siyasi şərait, valyuta böhranı, maliyyə idarəçiliyindəki problemlər və beynəlxalq sanksiyaları göstərirlər.

Qeyd edək ki, yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, iqtisadi sabitliyə də ciddi təsir göstərir.

 

 

Şəbnəm

Gununsesi.info