Meksikada merin katibi və müşaviri üzərində qanlı pusqu

Mexikoda meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində Guzman və Munoz avtomobillərinin içərisində motosikletçinin hücumuna məruz qalıb.

Quzman və Munoz hadisə yerində ölüblər.

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında “Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib” deyib.

Şeynbaum, Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsia Harfuka hücum edənlərin tapılması üçün göstəriş verdiyini ifadə edərək, “Bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var” deyib.

Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Ximena gözəl, yorulmaz və mehriban qadın idi. Mən Pepeni uşaqlıqdan tanıyıram, o, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi”, – Bruqada deyib.

Orxan

Gununsesi.info