Çin Kosmik Stansiyasında yeni bakteriya növü aşkar edildi - FOTO

Çinin Tianqonq Kosmik Stansiyasında Yer kürəsində daha əvvəl görülməmiş yeni bakteriya növü aşkar edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu sirli bakteriya çinli taikonavtların stansiyadakı kabinədə səth nümunələri götürdüyü zaman aşkar edilib.

“Niallia tiangongensis” adlanan bu bakteriya Yerdəki oxşar bakteriyalarla qohumluq təşkil edir, lakin kosmosun sərt şəraitində sağ qalmasına imkan verən unikal xüsusiyyətlərə malikdir.

Çin Uzay İstasyonunda yeni bir bakteri türü keşfedildi

 

Bu kəşf astronavtın sağlamlığının qorunmasında və uzunmüddətli kosmik missiyalar zamanı kosmik gəminin funksionallığı baxımından mühüm addım kimi qiymətləndirilir.

Shenzhou Aerokosmik Biotexnologiya Qrupunun və Pekin Kosmik Gəmi Sistemləri Mühəndisliyi İnstitutunun tədqiqatçıları qeyd ediblər ki, bu bakteriyanın kosmosun ekstremal şəraitinə uyğunlaşmaq üçün hazırladığı mexanizmlər oksidləşdirici stresə qarşı müqavimət və radiasiya zədəsini bərpa etmək qabiliyyəti kimi xüsusiyyətləri ehtiva edir.

Bundan əlavə, 2023-cü ilin may ayında kəşf edilən və bu yaxınlarda növünün ilki olduğu anlaşılan bakteriyaların, karbon və azot mənbəyi olaraq jelatindən istifadə edərək qoruyucu biofilm meydana gətirə bildiyi müəyyən edilib. Bu xüsusiyyət bakteriyalara kosmos stansiyasındakı sərt ekoloji şəraitdən qorunmağa imkan verir. Lakin bu yeni növün insan sağlamlığına zərər verib-verməyəcəyi hələ aydın deyil.

Günel Həsənova

Gununsesi.info