
Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Gununsesi.info xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib.
Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri olub.