Kazino sənayesinin yenidən leqallaşması: - ARAŞDIRMA

Son illərdə dünyanın bir çox ölkəsində kazinolara olan münasibət köklü şəkildə dəyişməkdədir.

Bir zamanlar ciddi şəkildə qadağan olunan bu fəaliyyət növü bu gün artıq iqtisadi inkişafın stimullaşdırılması, turizmin canlandırılması və büdcə gəlirlərinin artırılması baxımından mühüm alət kimi qiymətləndirilir.

Dövlətlər bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmləri tətbiq etməklə, həm gəlirləri artırmağa, həm də sosial riskləri minimuma endirməyə nail olurlar. Nəticədə, kazinolar yalnız əyləncə vasitəsi kimi deyil, həm də strateji iqtisadi resurs kimi çıxış edir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan üçün də kazinoların yenidən leqallaşdırılması, düzgün hüquqi və iqtisadi mexanizmlər çərçivəsində həyata keçirilərsə, ölkəyə həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli töhfələr verə bilər. Belə ki, kazinolar turizmin inkişafına ciddi təkan verə, regionlarda yeni iş yerlərinin yaradılmasına səbəb ola, dövlət büdcəsinə vergi şəklində əlavə gəlirlər təmin edə bilər. Bununla yanaşı, bu sahənin leqallaşdırılması qeyri-rəsmi və nəzarətsiz fəaliyyətin qarşısını almağa, qumarla bağlı sosial problemlərin aşkarlanaraq nəzarət altına alınmasına da imkan yarada bilər.

Bu mövzuda göstərilən yanaşmalar kazinoların leqallaşdırılmasının yalnız iqtisadi yox, eyni zamanda sosial və hüquqi aspektlərini də əhatə edir. Sosial baxımdan bu, məsuliyyətli qumar oynama mədəniyyətinin formalaşdırılması, zərərli vərdişlərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və psixoloji dəstək mexanizmlərinin yaradılması deməkdir. Hüquqi müstəvidə isə bu proses, şəffaf və effektiv qanunvericilik bazasının yaradılmasını, lisenziyalaşdırma və nəzarət mexanizmlərinin tətbiqini tələb edir. Yəni məsələ yalnız kazinoların açılması ilə məhdudlaşmır – bu, genişmiqyaslı institusional və tənzimləyici islahatlar tələb edən kompleks bir prosesdir.

Akif Nəsirli: Bu sahədən əldə olunacaq gəlirlərin birbaşa dövlət büdcəsinə yönləndirilməsi mümkündür.

Gununsesi.info xəbər verir ki, məsələnin hüquqi tərəfi ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən hüquqşünas Ayxan Məmmədli diqqətə çatdırıb ki, müasir dövrdə bir çox ölkələrin təcrübəsi göstərir ki, bu sahənin qanunvericiliklə tənzimlənərək dövlət nəzarəti altında fəaliyyət göstərməsi həm hüquqi, həm də iqtisadi baxımdan müsbət nəticələr verir:

“Kazino və digər qumar oyunlarının hüquqi əsaslarla leqallaşdırılması ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Belə ki, qanuni kazino fəaliyyəti şəffaf şəkildə tənzimlənir, iştirakçıların hüquqları qorunur, oyunların ədalətliliyi və təhlükəsizliyi təmin olunur. Bu da vətəndaşları qeyri-qanuni və təhlükəli məkanlardan uzaqlaşdıraraq hüquqi çərçivədə əylənməyə təşviq edir. Hüquqi tənzimləmə həm də bu sahədə çalışan şəxslərin əmək hüquqlarının qorunması, vergi ödəmələri və sosial təminat məsələlərinin qanuni əsasda həll olunmasına imkan yaradır. Əgər kazino fəaliyyəti qanunla icazə verilmiş və lisenziyalaşdırılmış şəkildə həyata keçirilsə, dövlət bu sahədən gələn gəlirləri rəsmi şəkildə qeydiyyata alaraq büdcəyə yönləndirə bilər. Bu isə qeyri-rəsmi iqtisadiyyatın qarşısının alınmasına xidmət edir”.

Ayxan Məmmədli: Hüquqi çərçivədə fəaliyyət göstərən kazinolar bir çox ölkədə turizmin mühüm hissəsinə çevrilib

Məsələnin hüquqi tərəfi ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən hüquqşünas Ayxan Məmmədlinin sözlərinə görə, müasir dövrdə bir çox ölkələrin təcrübəsi göstərir ki, bu sahənin qanunvericiliklə tənzimlənərək dövlət nəzarəti altında fəaliyyət göstərməsi həm hüquqi, həm də iqtisadi baxımdan müsbət nəticələr verir:

“Kazino və digər qumar oyunlarının hüquqi əsaslarla leqallaşdırılması ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Belə ki, qanuni kazino fəaliyyəti şəffaf şəkildə tənzimlənir, iştirakçıların hüquqları qorunur, oyunların ədalətliliyi və təhlükəsizliyi təmin olunur. Bu da vətəndaşları qeyri-qanuni və təhlükəli məkanlardan uzaqlaşdıraraq hüquqi çərçivədə əylənməyə təşviq edir. Hüquqi tənzimləmə həm də bu sahədə çalışan şəxslərin əmək hüquqlarının qorunması, vergi ödəmələri və sosial təminat məsələlərinin qanuni əsasda həll olunmasına imkan yaradır. Əgər kazino fəaliyyəti qanunla icazə verilmiş və lisenziyalaşdırılmış şəkildə həyata keçirilsə, dövlət bu sahədən gələn gəlirləri rəsmi şəkildə qeydiyyata alaraq büdcəyə yönləndirə bilər. Bu isə qeyri-rəsmi iqtisadiyyatın qarşısının alınmasına xidmət edir”.

Müsahibimiz vurğulayıb ki, hüquqi mexanizmlər vasitəsilə kazino fəaliyyətinə yaş həddi, məsuliyyətli oyun qaydaları, psixoloji dəstək xətləri və digər tənzimləyici mexanizmlər tətbiq edilə bilər. Bu yanaşma həm sosial rifahı qorumağa, həm də azart oyunlarının mənfi təsirlərini minimuma endirməyə şərait yaradır:

“Qeyd etmək lazımdır ki, hüquqi çərçivədə fəaliyyət göstərən kazinolar bir çox ölkədə turizmin mühüm hissəsinə çevrilib. Azərbaycanda da bu istiqamətdə müasir və şəffaf qanunvericilik bazasının formalaşdırılması, həm daxili bazara, həm də beynəlxalq turist axınına müsbət təsir göstərə bilər”.

Rəhman Quliyev: Azərbaycanda bu modelin tətbiqi turist axınının artmasına səbəb ola bilər

Bakıvaxtı.az-a kazino fəaliyyətinin turistik cəhətdən əhəmiyyəti ilə bağlı söz açan turizm eksperti Rəhman Quliyev isə nəzərə çatdırıb ki, müasir dövrdə turizm sektoru yalnız tarixi və mədəni irslə məhdudlaşmır. Turistlər səyahət etdikləri ölkələrdə eyni zamanda əyləncə, rahatlıq və fərqli təcrübələr axtarırlar. Bu baxımdan, dünya üzrə bir çox ölkələrdə, xüsusilə də turizm yönümlü iqtisadiyyata malik olan dövlətlərdə – kazino və digər əyləncə sahələri turizm sektorunun mühüm tərkib hissəsinə çevrilib:

“Azərbaycanda da turizm son illər dinamik inkişaf mərhələsindədir. Xüsusilə Bakı şəhərindən kənarda və regionlarda inşa edilən otellər, kurortlar və istirahət mərkəzləri beynəlxalq səviyyəli xidmətlər təklif etməyə başlayıb. Bu infrastrukturun üzərinə qanuni və nəzarətli kazino fəaliyyətinin əlavə olunması ölkənin turizm cəlbediciliyini daha da artıra bilər. Qanuni kazinolar turistlər üçün əlavə əyləncə vəd edir. Məsələn, Qazaxıstan, Gürcüstan, Kipr, Monteneqro və digər ölkələrdə kazino sektoru həm xarici turistləri cəlb edir, həm də həmin ölkələrə valyuta axını yaradır. Bu ölkələrdə fəaliyyət göstərən kazinolar, sadəcə oyun deyil, eyni zamanda yüksək səviyyəli restoranlar, konsertlər və digər tədbirlərlə zəngin əyləncə kompleksləri kimi çıxış edir”.

Mütəxəssis söyləyib ki, Azərbaycanda bu modelin tətbiqi həm turist axınının artmasına, həm də onların ölkədə daha uzun müddət qalmasına səbəb ola bilər. Bu isə hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri üçün də əlavə gəlir mənbəyi deməkdir. Eyni zamanda, ölkə brendinin inkişafı və beynəlxalq turizm sərgilərində tanıdılması baxımından da bu tip əyləncə imkanları böyük rol oynaya bilər.

Bütün fikirlərdən bu nəticəni çıxarmaq olar ki, Azərbaycanda kazino fəaliyyətinə münasibət uzun illərdir mənəvi və sosial dəyərlər prizmasından qiymətləndirilir. Lakin reallıq göstərir ki, bu sahəyə maraq həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Qadağalar isə həmin marağı qeyri-qanuni istiqamətlərə yönəldir və nəticədə nə vətəndaşın hüququ qorunur, nə də dövlət iqtisadiyyatına real töhfə verilir. Əgər bu fəaliyyət qanuni əsaslarla, ciddi nəzarət və etik çərçivə daxilində təşkil olunsa, həm iqtisadi baxımdan gəlirli, həm hüquqi baxımdan təhlükəsiz, həm də turizm baxımından cəlbedici bir sahəyə çevrilə bilər. Kazinolar təkcə oyun mərkəzi deyil, həm də əyləncə, istirahət və xidmət sektorlarını özündə birləşdirən turizm infrastrukturu formalaşdıra bilər.

Gununsesi.info