Putinin Kurska diqqətçəkən səfəri

Rusiya prezidenti Putin Kursk bölgəsinə səfər edib, Ukrayna hərbçilərindən təmizlənib və AES-ə baxış keçirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ötən ay Rusiya qüvvələrinin Ukrayna hərbçilərini bölgədən çıxarmasından sonra ilk dəfə qərbi Kursk vilayətinə səfər edib.

Kremldən verilən açıqlamada Putinin dünənki səfəri zamanı bölgədəki könüllü təşkilatlarla görüşdüyü və Kursk-II Atom Elektrik Stansiyasına baş çəkdiyi bildirilib.

Dövlət televiziyası Putinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn də daxil olmaqla könüllülərlə və yerli rəsmilərlə görüşünü nümayiş etdirib.

Putini Kremlin Baş Qərargah rəisinin birinci müavini Sergey Kiriyenko müşayiət edib.

Putin Kurskda minalardan təmizləmə qrupunun genişləndirilməsi barədə göstəriş verib.