Murad Zamanov və Seyranə Hüseynova 14 kq narkotiklə tutuldular - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 31 yaşlı Murad Zamanov və tanışı 46 yaşlı Seyranə Hüseynova saxlanılıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, M.Zamanovun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Murad Zamanov və Seyranə Hüseynova 14 kq narkotiklə tutuldular - FOTO