Azərbaycan millisinin rəqibi heyətini açıqladı - SİYAHI

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov iyunda Toronto şəhərində qatılacaqları “Canadian Shield” turniri üçün heyəti açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 futbolçu əsas, 4 oyunçu isə ehtiyat siyahıya daxil edilib.

Qapıçılar: Andrey Lunin (“Real Madrid”, İspaniya), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Reznik (“Şaxtyor” Donetsk)

Müdafiəçilər: Mikola Matviyenko, Valeri Bondar (hər ikisi “Şaxtyor” Donetsk), Vladislav Dubinçak, Aleksandr Timçik (hər ikisi “Dinamo” Kiyev), Boqdan Mixayliçenko (“Polesye” Jitomir), Aleksandr Martinyuk (“Aleksandriya”), İlya Zabarnı (“Bornmut”, İngiltərə), Maksim Taloverov (“Plimut”, İngiltərə), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ)

Yarımmüdafiəçilər: Mikola Şaparenko, Mikolay Mixaylenko, Aleksandr Pixalyonok, Vladislav Kabayev (hamısı “Dimamo” Kiyev), Georgi Sudakov, Yeqor Nazarina, Artyom Bondarenko (hər üçü “Şaxtyor” Donetsk), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polesye” Jitomir), İvan Kalyujnı (“Aleksandriya”), Viktor Tsıqankov (“Jirona”, İspaniya), Aleksandr Zinçenko (“Arsenal” London, İngiltərə), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə)

Hücumçu: Roman Yaremçuk (“Olimpiakos”, Yunanıstan)

Ehtiyat siyahı: Georgi Buşan (“Əl Şabab” Ər Riyad, Səudiyyə Ərəbistanı), Aleksandr Svatok (“Ostin”, ABŞ), Yefim Konoplya, Dmitri Krıskiv (hər ikisi “Şaxtyor” Donetsk)

Rebrovun komandası iyunun 7-də Kanada, iyunun 10-da Yeni Zelandiya ilə görüşəcək.

Qeyd edək ki, Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Fransa və İslandiya ilə birlikdə D qrupunda yer alıb. Azərbaycan millisi Ukrayna ilə senyabrın 5-də öz meydanında üz-üzə gələcək. Səfər qarşılaşması oktyabrın 13-də olacaq.

Gununsesi.info